ARDICIL 11 GÜN İŞ OLMAYACAQ
ARDICIL 11 GÜN İŞ OLMAYACAQ
NOVRUZ VƏ RAMAZAN BAYRAMLARI ÜST-ÜSTƏ DÜŞÜR
2026-cı ildə Ramazan ayı fevralın 19-da başlayacaq. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur. Bu səbəbədən həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq. Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart da qeyri-iş günləri olacaq. Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri – 27 və 30 mart da qeyri-iş günləri olacaq. Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən 30-dək iş olmayacaq.




