“ARTEMİS II” UĞURLA BAŞA ÇATDI
ASTRONAVTLAR REKORD UÇUŞDAN SONRA YERƏ QAYITDI
NASA-nın “Artemis II” missiyası tarixi uğurla başa çatıb. Dörd astronavtın olduğu “Orion” kosmik gəmisi Aya uçuşunu başa vuraraq Yerə qayıdıb. Sakit okeandakı hədəfə Bakı vaxtilə 04:07-də baş tutub. Enişdən sonra NASA astronavtları “Orion” kosmik gəmisindən bir-bir çıxaraq helokopterlə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə göndərilib. 10 günlük “Artemis II” missiyası zamanı heyət 50 ildən çox müddətdə Aya doğru səyahət edən ilk insanlar olub və Yer kürəsindən indiyə qədər qət edilən ən uzaq məsafə ilə bağlı yeni bir rekord qırıblar.




