AVİABİLETLƏRƏ 45 FAİZƏDƏK ENDİRİM KAMPANİYASI
DÜNYANIN 50-DƏN ÇOX ŞƏHƏRİNƏ UÇMAQ MÜMKÜNDÜR
Bakı-İstanbul aviabiletləri 150 AZN-dən, Bakı-Moskva isə 227 AZN-dən. Azərbaycan Hava Yolları yeni ilin ilk səyahətləri üçün sərfəli kampaniya elan edib. Kampaniya çərçivəsində baza tarifinə 45%-dək endirimlə dünyanın 50-dən çox şəhərinə uçmaq mümkündür. Biletlər 2026-cı il 18 yanvaradək satışda olacaq və kampaniya 1 fevral – 17 mart 2026 tarixləri arasında baş tutacaq uçuşlara şamil olunur. Bundan başqa Bakı-Tbilisi 96 AZN-dən, Bakı-Berlin 254 AZN-dən, Bakı-London 209 AZN-dən, Bakı-Paris 223 AZN-dən başlayan qiymətlərə təklif olunur.Endirimli biletləri AZAL-ın rəsmi veb-saytı, mobil tətbiqi və ya rəsmi turizm agentlikləri vasitəsilə əldə etmək mümkündür.Qeyd edək ki, endirim müntəzəm beynəlxalq uçuşlarda iqtisadi, premium iqtisadi və biznes sinif bilet tariflərinə tətbiq olunur. Vergi və digər yığımlar endirimi əhatə etmir.




