AVROPANIN ƏN NÜFUZLU BANKINDA AXTARIŞ
YÜKSƏK VƏZİFƏLİ DİPLOMATIN ADI EPŞTEYN İŞİNDƏ HALLANIR
Fransa Xarici İşlər Nazirliyinin baş katibi Fabris Edana qarşı qaldırılan korrupsiya cinayət işi çərçivəsində hüquq-mühafizə orqanları “Edmond de Rothschild” bankının Parisdəki qərargahında axtarışlar aparıblar.Bununla bağlı “Agence France-Presse” agentliyi məlumat yayıb.Qeyd edək ki, “Edmond de Rothschild” Avropanın ən nüfuzlu bank evlərindən biri hesab olunur. 2024-cü ilə olan məlumata görə, bankın aktivləri təxminən 232.6 milyard dollar həcmində qiymətləndirilib.
Onu da deyək ki,Fabris Edanın adı amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə materiallarda da keçir. İddialara görə Edan 2010-cu ildən 2017-ci ilə qədər Epşteyn və onun ətrafı ilə elektron poçt vasitəsilə yazışmalar aparıb. O, 2014-2016-cı illərdə “Edmond de Rothschild” bankında çalışıb.




