AVSTRİYA VƏ ALMANİYA DA AZƏRBAYCAN QAZI ALDI
AVSTRİYA VƏ ALMANİYA DA AZƏRBAYCAN QAZI ALDI
TƏDARÜK EDİLƏN ÖLKƏLƏRİN SAYI 16-YA ÇATDI
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb.Dövlət neft Şirkətinin məlumatına görə İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən qaz təchizatı Azərbaycan qazının Avropadakı coğrafi əhatəsini daha da genişləndirir. Beləliklə, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb. Xatırladaq ki, Avropa istiqamətində tədarük edilən ölkələr sırasında İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya, Şimali Makedoniya və Ukrayna yer alır. Bundan əlavə, Azərbaycan qazı Trans-Anadolu Qaz Boru Kəməri yəni TANAP vasitəsilə Türkiyəyə, oradan isə Türkiyənin daxili boru kəmərləri ilə Suriyaya, eləcə də Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana nəql olunur.




