AVTOMOBİL BAZARINDA YENİLİK
KÖHNƏ VƏ NADİR MAŞINLAR VERGİDƏN AZAD EDİLİR
Azərbaycanda raritet yəni köhnə və nadir avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı yeni qaydalar qüvvəyə minib. Martın 25-dən etibarən bu cür nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.
FED.az xəbər verir ki, dəyişiklik Vergi Məcəlləsinə fevralın 13-də edilən əlavələrə əsasən tətbiq olunur.Qanuna görə, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilən, həmçinin istehsal tarixindən 40 ildən çox keçmiş avtomobillər raritet avtonəqliyyat vasitələri hesab edilir.Yeni qaydalara əsasən, bu avtomobillərin idxalı müəyyən şərtlərlə həyata keçiriləcək. Belə ki, idxal müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında aparılmalıdır. Eyni zamanda, bir şəxs təqvim ili ərzində yalnız 1 ədəd raritet avtomobil idxal edə bilər. Ölkə üzrə ümumi limit isə 10 ədəd müəyyən edilib.Mütəxəssislərin fikrincə, tətbiq edilən güzəştlər raritet avtomobillərin idxalı ilə məşğul olan şəxslərin xərclərinin azalmasına və bu sahəyə marağın artmasına şərait yaradacaq.




