AVTOMOBİLL YOLLARI DÖVLƏT AGENTLİYİNDƏ YOXLAMALAR
AVTOMOBİLL YOLLARI DÖVLƏT AGENTLİYİNDƏ YOXLAMALAR
MALİYYƏ POZUNTULARI İLƏ BAĞLI FAKTLAR AŞKAR EDİLDİ
Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində maliyyə pozuntuları ilə bağlı ciddi faktlar aşkar edilib. Qaynarinfo.az xəbər verir ki, qurumda yoxlamalar 2025-ci ilin dekabrından başlayıb. Agentlikdə kadr və struktur dəyişiklərinin həyata keçirilməsi gözlənilir. Qeyd olunub ki, qurumun tabeliyində fəaliyyət göstərən MMC-lər ləğv edilə və regional idarələr yaradıla bilər.Xatırladaq ki, Saleh Məmmədov AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə 2017-ci ildə təyinat alıb. O, fevralın 6-da tutduğu vəzifədən azad edilib. Mediada gedən məlumatlara görə, Saleh Məmmədov AAYDA-nın rəhbərliyinə təyinat aldıqdan sonra qohumlarını müxtəlif vəzifələrə yerləşdirib.




