Biznes TV

Biznes TV-ni izləyin:  YouTube  •  KATV 1  •  KATV 1 SMART  •  Connect TV  •  Kontakt TV  •  Kinon (Azercell)  •  Yoda.az  •  Rahat Telecom  •  SNTV  •   Biznes TV-ni izləyin:  YouTube  •  KATV 1  •  KATV 1 SMART  •  Connect TV  •  Kontakt TV  •  Kinon (Azercell)  •  Yoda.az  •  Rahat Telecom  •  SNTV  •   Biznes TV-ni izləyin:  YouTube  •  KATV 1  •  KATV 1 SMART  •  Connect TV  •  Kontakt TV  •  Kinon (Azercell)  •  Yoda.az  •  Rahat Telecom  •  SNTV  •   Biznes TV-ni izləyin:  YouTube  •  KATV 1  •  KATV 1 SMART  •  Connect TV  •  Kontakt TV  •  Kinon (Azercell)  •  Yoda.az  •  Rahat Telecom  •  SNTV  •   Biznes TV-ni izləyin:  YouTube  •  KATV 1  •  KATV 1 SMART  •  Connect TV  •  Kontakt TV  •  Kinon (Azercell)  •  Yoda.az  •  Rahat Telecom  •  SNTV  •  
💲 USD 1.70 EUR 1.97 TRY 0.04 | ☁️ Bakı --°C

Azərbaycan və Səudiyyə Ərəbistanı: İnvestisiya və İşbirliyində Yeni Üfüqlər

  • September 23, 2024
  • 2 min read
Azərbaycan və Səudiyyə Ərəbistanı: İnvestisiya və İşbirliyində Yeni Üfüqlər

Səudiyyə İnkişaf Fondu ilə investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini bildirib, Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb.

Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə  investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.

Sultan Əbdülrəhman Əl-Marşad ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.

Tərəflər dövlət-özəl tərəfdaşlığı, Orta Dəhliz çərçivəsində reallaşdırılan “yaşıl” enerji layihələri, investisiyalar və digər prioritet sahələr üzrə yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini, biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə ediblər.