Azərbaycanda bölgələrin kredit borcu 6,2 milyard manata çatıb
Azərbaycanda kreditlərin 77 faizi Bakıda verilsə də, bölgələrdə yerləşən şəhər və rayonların da banklara olan kredit borcları diqqət çəkir.
Biznes TV Sfera.az-ın Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi xəbərə görə, bölgələrdə banklardan alınan kreditlərdən yaranan ümumi borc 6 milyard 272 milyon manata yüksəlib.
Bölgələr arasında ən çox kredit borcu Sumqayıt şəhərinə məxsusdur. Azərbaycanın ikinci ən böyük şəhərinin banklara olan borcu 744 milyon manat təşkil edir.
Gəncə şəhəri də borcun həcminə görə yüksək göstəricilərdəndir. Şəhərin ümumi borcu 652,3 milyon manatdır.
Gəncədən sonra 363 milyon manatla Naxçıvan şəhəri siyahıda yer alır.
Digər yüksək borc göstəricilərinə malik bölgələr isə Abşeron, Lənkəran, Bərdə və Zaqatala rayonlarıdır.
- Abşeron rayonu: 263,1 milyon manat
- Lənkəran rayonu: 262,9 milyon manat
- Bərdə rayonu: 234,1 milyon manat
- Zaqatala rayonu: 213,4 milyon manat