Azərbaycanda mədəniyyət müəssisələrinə ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq
Azərbaycanda teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri ilə bağlı ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq.
“Report”un xəbərinə görə, bu, Vergi Məcəlləsinə edilən dəyişikliklər layihəsində öz əksini tapıb. Həmçinin teatr, muzey, sinfonik orkestr, film istehsalı və dublyaj fəaliyyəti ilə məşğul olan kinomateqrafiya müəssisələri və prodüserlər 2025-ci ildən etibarən 5 il müddətinə həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azad ediləcəklər.
Mənbə: Report




