Azərbaycanda “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb
Maliyyə Nazirliyi ənənəvi olaraq 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb.
Biznes TV xəbər verir ki, «Bələdçi»də dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin necə hazırlanıb, təsdiq edilməsi prosesi, büdcə gəlirlərinin haradan, necə toplandığı və hansı sahələrə xərclənməsi barədə ətraflı əsas məlumatlar verilib.
«Büdcə Bələdçisi»ndə göstərilir ki, 2025-ci ildə büdcənin əsas xərcləri ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərinə, əhalinin sosial müdafiəsinə, təhsil, səhiyyə xərcləri və dövlət qurumlarına sərf ediləcək.
Nazirliyin internet səhifəsində yerləşdirilən bələdçidə gələn il hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa-yenidənqurma işlərinin davam etdirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil və səhiyyə xərcləri, dövlətin əsas vəzifələrinin və funksiyalarının həyata keçirilməsi üçün yaradılan maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.
Büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsi olan bu nəşr vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaqdır.
“Vətəndaşın büdcə bələdçisi-2025”_1