Azərbaycandan dəmir yolu ilə daşınan tranzit yüklər yol vergisindən azad edilir
Azərbaycandan dəmir yolu vasitəsilə daşınan tranzit yüklər yol vergisindən azad olunacaq.
“Report”un xəbərinə görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Layihəyə əsasən, xarici dövlətlərin yük avtomobilləri və qoşqulu nəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycandakı ilk dəmir yolu stansiyasına çatdırıldıqda və ya dəmir yolu vasitəsilə daşınaraq son dəmir yolu stansiyasından xarici nəqliyyat vasitələrinə aşırılıb digər dövlətə yola salındıqda, 2025-ci il yanvarın 1-dən 2 il müddətinə yol vergisindən azad ediləcək.
Mənbə: Report




