Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
BALIQÇILIQ BİZNESİ QURANLARIN DİQQƏTİNƏ
June 9, 2026
STRATEJİ VALYUTA EHTİYATLARIMIZ 88,4 MİLYARD DOLLARA ÇATDI
June 9, 2026
9,8 MİLYON MANATLIQ LAYİHƏ
June 8, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
XƏZƏRDƏ SU NİYƏ AZALIR?
June 6, 2026
YENİ NƏSİL NKA-LAR DÖVRİYYƏNİ 14% ARTIRDI
June 6, 2026
3 SAATLIQ YOL Aİ-NİN DİQQƏTİNİ ÇƏKDİ
June 6, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/Digər/AZAL TƏYYARƏSİNİN QƏZAYA UĞRAMASI TƏSADÜF DEYİLMİŞ
DigərXəbərlər

AZAL TƏYYARƏSİNİN QƏZAYA UĞRAMASI TƏSADÜF DEYİLMİŞ

December 26, 2025

ARAŞDIRMA ‘VURULDU’ VERSİYASINI TƏSDİQLƏDİ
AZAL TƏYYARƏSİNİN QƏZAYA UĞRAMASI TƏSADÜF DEYİLMİŞ

2024-cü il dekabrın 25-də Qazaxıstan ərazisində qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” təyyarəsi vurulub. Qazaxıstan Nəqliyyat Nazirliyi hadisə ilə bağlı aparılan araşdırma ilə bağlı aralıq məlumatını açıqlayıb. Aralıq məlumata, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyinə əsasən, təyyarə idarəetməni hər hansı texniki nasazlıq səbəbindən deyil, xarici müdaxilə nəticəsində itirərək qəzaya uğrayıb. Bu da təyyarənin vurulduğunu bir daha təsdiq edib. Sənəddə oksigen balonlarının zədələnmədiyi vurğulanaraq daxili partlayış ehtimalı istisna edilib. Eyni zamanda, təyyarəyə zərər vuran kənar metal hissəciklərin silah sisteminə aid olduğu qeyd olunub, lakin həmin sistemin modeli açıqlanmayıb. Silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında artıq qeyd olunub. Qeyd edək ki, Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarə qəzası ilə bağlı araşdırma Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsi əsasında, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə aparılır. Yekun hesabatın qəzanın ildönümünə qədər hazırlanması mümkün olmadığından ictimaiyyətə aralıq bəyanat təqdim olunub. Qazaxıstan tərəfi yekun hesabatı növbəti mərhələdə açıqlayacaq.

Teqlər:

qəzaxəbərlər

Əvvəlki yazı

SABİQ NAZİRİN DÖVLƏTƏ VERGİ BORCU VAR

Növbəti yazı

ABŞ LOTEREYALARI TARİXİNDƏ İKİNCİ ƏN BÖYÜK MƏBLƏĞ

Related Posts

Digər
BALIQÇILIQ BİZNESİ QURANLARIN DİQQƏTİNƏ
Biznes TV
By Biznes TV
İqtisadiyyat
STRATEJİ VALYUTA EHTİYATLARIMIZ 88,4 MİLYARD DOLLARA ÇATDI
Biznes TV
By Biznes TV
İqtisadiyyat
9,8 MİLYON MANATLIQ LAYİHƏ
Biznes TV
By Biznes TV
İqtisadiyyat
AZƏRBAYCANIN 5 AYLIQ BÜDCƏ GÖSTƏRİCİLƏRİ AÇIQLANIB
Biznes TV
By Biznes TV
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
BALIQÇILIQ BİZNESİ QURANLARIN DİQQƏTİNƏ
June 9, 2026
STRATEJİ VALYUTA EHTİYATLARIMIZ 88,4 MİLYARD DOLLARA ÇATDI
June 9, 2026
9,8 MİLYON MANATLIQ LAYİHƏ
June 8, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV