AZƏRBAYCAN ERMƏNİSTANA BENZİN İXRACINA BAŞLAYIR
SÜLH GÜNDƏLİYİNDƏ YENİ MƏRHƏLƏ
AZƏRBAYCAN ERMƏNİSTANA BENZİN İXRACINA BAŞLAYIR
Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanacaq. APA-nın verdiyi məlumata görə noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilən razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilən Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq. Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.




