AZƏRBAYCAN PREZİDENTİ TAPŞIRIQ VERDİ
AZƏRBAYCAN PREZİDENTİ TAPŞIRIQ VERDİ
İRANA 30 TONA YAXIN HUMANİTAR YARDIM YOLA SALINIB
Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutan telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınıb.




