AZƏRBAYCAN TÜRKİYƏ İQTİSADİYYATINA 20 MİLYARDDAN ÇOX SƏRMAYƏ YATIRIB
AZƏRBAYCAN TÜRKİYƏ İQTİSADİYYATINA 20 MİLYARDDAN ÇOX SƏRMAYƏ YATIRIB
BAŞ NAZİRDƏN İNVESTİSİYA FORUMUNDA AÇIQLAMA
Bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yatırıb. Bu sözləri baş nazir Əli Əsədov Bakıda keçirilən “II Azərbaycan Türkiyə İnvestisiya Forumu”nda deyib. Onun sözlərinə görə Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəaliyyət aparır. Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir. Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik deyə baş nazir bildirib.




