AZƏRBAYCAN YUMURTA İXRACINI NİYƏ DAYANDIRDI?
AZƏRBAYCAN YUMURTA İXRACINI NİYƏ DAYANDIRDI?
ÖLKƏYƏ 11 MİLYON DOLLARA YAXIN VALYUTA DAXİL OLUB
2026-cı ilin əvvəlindən etibarən Azərbaycan xaricə yumurta ixracını dayandıraraq, bütün istehsalı daxili tələbatın ödənilməsinə yönəldib. Bu barədə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Mürvət Həsənli məlumat verib. Sədr bildirib ki, ixracdakı bu fasilə müvəqqəti xarakter daşıyır və yaxın aylarda xarici bazarlara çıxış yenidən bərpa olunacaq. Mürvət Həsənlinin sözlərinə görə, artıq bir neçə ölkə -ABŞ,Çİn və Körfəz ölkələri ilə yeni müqavilələr imzalanıb.Qeyd edək ki, 2025-ci ildə ölkədə ümumilikdə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal edilib . Məhsul təkcə ənənəvi bazarlara deyil, həm də Almaniya, ABŞ, BƏƏ, Qətər, Əfqanıstan, həmçinin Afrika ölkələri olan Qambiya və Syerra-Leoneyə də göndərilib. İxrac sayəsində ölkəyə 10,6 milyon ABŞ dolları valyuta daxil olub.




