AZƏRBAYCANA ƏN ÇOX İNVESTİSİYA YATIRAN ÖLKƏLƏR
SİYAHI VƏ MƏBLƏĞ AÇIQLANDI
AZƏRBAYCANA ƏN ÇOX İNVESTİSİYA YATIRAN ÖLKƏLƏR
2025-ci ilin ilk 9 ayında Azərbaycana yönələn xarici investisiyaların həcmi 4,7 milyard dollar təşkil edib. FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib. Onun sözlərinə görə, bu dövrdə Azərbaycana ən çox sərmayə yatıran ölkə Birləşmiş Krallıq olub – 1 milyard 243 milyon dollar. İkinci yerdə Türkiyə (912 milyon dollar), üçüncü Kipr (543 milyon dollar), dördüncü İsveçrə (284 milyon dollar), beşinci isə İran (272 milyon dollar) qərarlaşıb.Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrə 2 milyard 38 milyon dollar həcmində investisiya yönəldilib. Ən çox sərmayə İsrailə yatırılıb – 542,6 milyon dollar. Ardınca Türkiyə (289 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (250 milyon dollar), Birləşmiş Krallıq (176 milyon dollar) və İtaliya (118 milyon dollar) gəlir. Samir Nəsirov qeyd edib ki, İsrailə yatırılan investisiyaların böyük hissəsi Aralıq dənizində yerləşən “Tamar” layihəsi ilə bağlıdır.




