AZƏRBAYCANDA BƏZİ ŞƏXSLƏRƏ KOMPENSASİYA ÖDƏNİLƏCƏK
AZƏRBAYCANDA BƏZİ ŞƏXSLƏRƏ KOMPENSASİYA ÖDƏNİLƏCƏK
İSTİFADƏ OLUNMAYAN MƏZUNİYYƏT GÜNLƏRİ PUL İLƏ ƏVƏZLƏNƏCƏK
“Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək”. Bu barədə deputat Vüqar Bayramov məlumat verib. O qeyd edib ki, işçi müxtəlif səbəblərə görə məzuniyyətə çıxmayıbsa, işdən ayrılarkən həmin günlərin pulu ona veriləcək. Bu qayda zərərli və ağır şəraitdə çalışanlara, yeraltı işlərdə işləyənlərə, pedaqoji və elmi fəaliyyətlə məşğul olanlara, eləcə də uşaqlı qadınlara da aiddir.Məsələn, işçinin 50 gün əlavə və 40 gün əsas məzuniyyəti qalıbsa, ona ümumilikdə 90 günün pulu ödəniləcək. Gündəlik məzuniyyət haqqı 50 manatdırsa, bu halda işçi 4 500 manat kompensasiya alacaq.




