AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİ İSTEHSALI AZALIB
AZƏRBAYCANDA ELEKTRİK ENERJİSİ İSTEHSALI AZALIB
KÜLƏK ELEKTRİK STANSİYALARINDA İSƏ 40 DƏFƏDƏN ÇOX ARTIB
2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda elektrik enerjisi istehsalı azalıb. Ümumilikdə 4 346,8 kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azdır. İstehsal olunan enerjinin böyük hissəsi satış üçün nəzərdə tutulub və burada da 4,9% azalma var.Ən çox elektrik əvvəlki kimi istilik elektrik stansiyalarında istehsal olunub. Amma bu sahədə də istehsal 5,9% azalıb.Qalan elektrik enerjisi isə su elektrik stansiyaları və digər alternativ mənbələrdən əldə edilib. Maraqlı məqam isə odur ki, külək elektrik stansiyalarında ciddi artım olub. Bu stansiyalar 141,6 milyon kVt/saat enerji istehsal edib və bu göstərici ötən illə müqayisədə 41,6 dəfə çoxdur.




