AZƏRBAYCANDA İNVESTİSİYA İLƏ BAĞLI YENİLİK
AZƏRBAYCANDA İNVESTİSİYA İLƏ BAĞLI YENİLİK
İNVESTOR KOMPENSASİYA ALA BİLƏCƏKMİ?
Azərbaycanda dövlət investisiyaları almağın yeni əsasları müəyyənləşir. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişiklikdə əks olunub. Hazırda qanuna görə, dövlət investisiyaları iki əsas səbəblə ala bilər.
- Dövlət ehtiyacları üçün
- Rekviziya məqsədilə – yəni təbii fəlakət, texnoloji qəza, epidemiyalar və digər fövqəladə hallarda cəmiyyətin mənafeləri üçün.
Hər iki halda, investisiya dövlət tərəfindən alınanda investora kompensasiya ödənişi edilir. Təklif olunan dəyişiklikdə isə dövlət artıq strateji əhəmiyyətli investisiyaları Azərbaycanın və xalqın mənafelərinə zərər verə biləcək və ya milli maraqlara zidd olan xüsusi hallarda ala biləcək. Qanun layihəsi bu cür hallarda dövlətin investisiyaları almasının hüquqi əsasını müəyyən edir. Bu prosesdə investorlar ödəmə şəklində kompensasiya alacaqlar.




