AZƏRBAYCANLI NAZİR MÜAVİNİN MİLYONLUQ ƏMLAKI MÜSADİRƏ OLUNDU
RÜFƏT İSMAYILOV İTTİHAMLARI RƏDD ETDİ
Dağıstanda əslən azərbaycanlı olan sabiq daxili işlər nazirinin müavini Rüfət İsmayılov mühakimə olunub. Qafqazinfo xəbər verir ki, Moskva məhkəməsi Baş Prokurorluğun qaldırdığı iddialara cavab olaraq Rüfət İsmayılovun 533 milyon rubl dəyərində – təxminən 11 milyon 755 min manatlıq əmlakını müsadirə edib. Onun aktivlərinin ümumi dəyərinin 2010-2022-ci illər əldə etdiyi rəsmi gəlirindən və həyat yoldaşının gəlirindən dəfələrlə çox olduğu üzə çıxıb.Prokurorluğun məlumatına görə, sabiq nazir əlaqəli qurumlar vasitəsilə 8 torpaq sahəsinə, Dərbənd və Mahaçqalada 5 əmlaka, Moskvada bir mənzilə və 6 xarici istehsal avtomobilə sahibdir. Onun müavini Dalqat Əbdülqapurov, müstəntiq Əbdül Abakarov və iki iş adamı da cinayət işində ittiham edilir.İsmayılov ittihamları rədd edir və işdə kifayət qədər dəlil olmadığını, həbsdə olduğunu bildirir.Qeyd edək ki, Rüfət İsmayılov və müavini Dalqat Abdulqapurov 7 noyabr 2023-cü ildə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. 1975-ci il təvəllüdlü Rüfət Dağıstanın Dərbənd şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası hakim Hikmət İsmayılov Dağıstanda hakim vəzifəsində çalışıb. https://qafqazinfo.az/news/detail/rusiyada-azerbaycanesilli-eks-memurun-emlaki-musadire-edildi-504073




