“AZERİ LİGHT” KƏSKİN BAHALAŞDI
“AZERİ LİGHT” KƏSKİN BAHALAŞDI
AZƏRBAYCAN NEFTİ 124 DOLLARA YÜKSƏLDİ
Dünya bazarında neftin kəskin bahalaşması Azərbaycan neftinin qiymətinə də təsirini göstərib.FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, London birjasında Azərbaycan neftinin qiyməti bir gündə 35 dollar bahalaşaraq 124 dollara yüksəlib. Azərbaycan neftinin qiymətinin 124 dollara çatması nadir hadisələrdəndir. İndiyədək «Azeri Light» nefti yalnız bir neçə dəfə bu qiymətdən yuxarı olub.Sonuncu dəfə bu Rusiyanın Ukraynaya yeni hücum etdiyi bir vaxtda 2022-ci ilin iyun ayında çatmışdı. Həmin dövrdə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra yaranan enerji böhranı fonunda “Azeri Light” markalı neftin bir barelinin qiyməti bir neçə dəfə 124-130 dollara yüksəlmişdi.




