BAKI LİMANININ KEÇMİŞ RƏHBƏRİNƏ YENİ VƏZİFƏ
BAKI LİMANININ KEÇMİŞ RƏHBƏRİNƏ YENİ VƏZİFƏ
İQTİSADİYYAT NAZİRİNİN MÜŞAVİRİ OLDU
Ləğv edilən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib. “Report”un əldə etdiyi məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib. Taleh Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.




