BAKIDA BİNALAR TƏMİR OLUNACAQ
4 MİLYON MANAT AYRILDI
BAKIDA BİNALAR TƏMİR OLUNACAQ
Bakı şəhərinin abadlıq və yenidənqurması, mənzil fonduna aid olan binaların əsaslı təmiri məqsədilə irimiqyaslı layihələşdirmə işlərinə start verilir.Modern.az xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən layihə-smeta sənədlərinin hazırlanması məqsədilə 4 milyon 442 475 manatlıq tender elan edilib.Eyni zamanda tender səkilərdə, həyətyanı sahələrdə, park və bağlarda aparılacaq abadlıq və yenidənqurma işlərini əhatə edir.




