BAKIDA MƏNZİL QİYMƏTLƏRİ
ƏN BAHALI RAYON VƏ KÜÇƏLƏR AÇIQLANIB
Bakıda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar məlum olub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu və Neftçilər prospekti başçılıq edir.Qiymətlər göstərir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil bazarında liderliyini saxlayır. Məsələn, Üzeyir Hacıbəyli küçəsində mənzillərin qiyməti kvadratmetr üzrə 14 min manatdan çoxdur.Ağ şəhər layihəsində kvadratmetr qiyməti 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev küçələrində isə qiymətlər 4–5 min manat civarındadır.




