BAKIDA QƏZALI BİNALAR SÖKÜLƏCƏK
KOMPENSASİYA MƏBLƏĞİ NECƏ MÜƏYYƏN EDİLƏCƏK?
Bakının Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən 1-2 mərtəbəli, 50-dən çox ailənin yaşadığı qəzalı binalar söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazidə baxış keçirib və texniki sənədləşməyə başlayıb. Söküntü işləri 2026-cilin ilin aprelində planlaşdırılır, yerinə isə yaşıllıq zonası və park salınacaq.Kompensasiya məbləği hələ açıqlanmayıb. Ekspertlər bildirir ki, ödəniş ərazinin real bazar qiymətinə uyğun müəyyən ediləcək.




