Bakıdan”1,3 trilyon dollarlıq bəyanat”
Azərbaycan ildə minimum 250 milyard dollar həcmində iqlim maliyyələşməsi təklif edir.
Bakıda keçirilən COP29 konfransı çərçivəsində, Azərbaycan ildə minimum 250 milyard dollar həcmində iqlim maliyyələşməsi təklifini irəli sürüb. COP29 Sədrliyinin yaydığı bəyanatda iqlim maliyyəsi üçün hədəflərin geniş müzakirə edildiyi və tərəflərlə razılaşdırılmağa çalışıldığı qeyd olunur.
COP29 Sədrliyinin bəyanatında bildirilir:
“2035-ci ilə qədər ictimai və özəl mənbələrdən ən azı 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyələşməsi məqsədi müəyyənləşdirilib. Bununla yanaşı, inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələr üçün iqlim fəaliyyətinə ayrılan vəsaitin 100 milyard dollardan 250 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu təkliflə bağlı məsləhətləşmələr davam edir və qalan məsələlər üzərində razılığa gəlmək üçün tərəflərlə sıx işləməyə hazırıq.”
COP29 çərçivəsində yayımlanan sənəd, tərəfləri daha yüksək ambisiyalı və inklüziv nəticələr əldə etmək üçün birgə fəaliyyətə dəvət edir.




