BAKININ MƏŞHUR RESTORANINDA TURİSTİN PULU OĞURLANDI
CİNAYƏT ƏMƏLİNİ TÖRƏDƏN DƏ XARİCİ VƏTƏNDAŞ İMİŞ
Bakının Səbail rayonundakı “Passage 145” restoranında başqa müştərinin pulunu oğurlayan Əlcəzair vətəndaşı məhkəmə qarşısına çıxarılıb. İqtisadiyyat.az xəbər verir ki, 56 yaşlı şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, o restorana nahar etməyə gələn müştərinin gödəkçəsinin iç cibində olan pul kisəsini oğurlayıb. Nəticədə zərərçəkmiş şəxsin 2500 manatını talayıb. Restoranın müşahidə kameralarına baxdıqdan sonra onun cinayət əməli ifşa edilib .Qeyd edək ki, zərərçəkmiş şəxs də Ərəb ölkələrindən Azərbaycana gələn turist olub




