VERGİ GÜZƏŞTLƏRİ EDİLƏCƏK
BALIQ YETİŞDİRƏN SAHİBKARLARA ŞAD XƏBƏR
Kənd təsərrüfatı sahəsində tətbiq olunan vergi güzəştlərinin 2026-cı il yanvarın 1-dən balıqçılıq sektoruna da şamil edilməsi nəzərdə tutulur. Dövlət Vergi Xidmətinin məlumatına görə, bu addım balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarların dəstəklənməsi və istehlakçıların məhsullarla daha uyğun qiymətə təmin olunması məqsədi daşıyır.Dəyişikliklərə əsasən, balıq kürüsünün istehsalı istisna olmaqla, kəsilən və dondurulan balıqlar kənd təsərrüfatı məhsulu sayılacaq. Vergi güzəştlərinin tətbiqi balıqçılıq sektorunun davamlı inkişafına təkan verəcək.




