BƏZİ MƏHSULLAR BAHALAŞDI, TEXNİKA UCUZLAŞDI
2026-CI İLİN YANVARINDA İNFLYASİYA 5,7 FAİZƏ ÇATDI
BƏZİ MƏHSULLAR BAHALAŞDI, TEXNİKA UCUZLAŞDI
2026-cı ilin yanvarında istehlak qiymətləri 2025-ci ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. Artım qida məhsullarında 7,1%, qeyri-qida mallarında 3,5%, ödənişli xidmətlərdə isə 5,6% təşkil edib. Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.5% yüksəlib. Ən çox bahalaşma bir sıra ərzaq məhsulları – ət və süd məhsulları, meyvə-tərəvəz, şokolad, spirtli içkilər, siqaret, həmçinin tikinti materialları, xalça, istilik qurğuları, kiçik elektrik cihazları, benzin, dizel, mühərrik yağı, mobil telefonlar, qəzetlər və zərgərlik məmulatlarında qeydə alınıb. Bununla yanaşı, düyü, portağal, bəzi tərəvəzlər, eləcə də soyuducu, kondisioner və planşetlərin qiymətində ucuzlaşma müşahidə olunub. Ödənişli xidmətlərdə artım əsasən elektrik, qaz, tibbi, nəqliyyat və iaşə xidmətləri hesabına baş verib. Ucuzlaşma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində baş verib.




