BİR GÜNDƏ 4.35 MİLYON DOLLAR HƏBİBİN PAPAĞI TELEGRAMA REKORD GƏLİR GƏTİRDİ
UFC çempionu Həbib Nurməhəmmədovun simvolik papağının rəqəmsal versiyası Telegram-da hərraca çıxarılıb.Satış bir gün davam edib və 29 min ədəd virtual papağın hamısı satılıb qurtarıb. Telegram bu satışdan ümumilikdə 4,35 milyon dollar gəlir əldə edib. Satış “Telegram ulduzları” ilə aparılıb və bir papağın orta qiyməti təxminən 10 min ulduz olub. Təxminən 150 dollar. Qeyd edək ki, bu Telegram-ın ilk uğuru deyil.Avqust ayında Pavel Durov Telegram-ın ad günü üçün xüsusi hədiyyələr buraxmışdı və həmin hədiyyələr cəmi 15 saniyəyə satılıb qurtarmışdı.




