BİR İLƏ 46,4 MİLYON MANAT ÖDƏNİLİB
BİR İLƏ 46,4 MİLYON MANAT ÖDƏNİLİB
ƏN ÇOX VERGİ VERƏN SUPERMARKET ŞİRKƏTİ MƏLUM OLDU
2025-ci il üzrə ən çox vergi ödəyənsupermarket və market şirkətlərinin adları məlum olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı siyahıya görə “Araz Supermarket” şirkəti 2025-ci ildə ödədiyi 46,4 milyon manat vergi məbləği ilə Azərbaycanda ən çox vergi ödəyən supermarket və market şirkəti olub və 1-ci yeri tutub.2-ci yeri ödədiyi 25,9 milyon manat vergi məbləğilə “OBA Market” şirkəti, 3-cü yeri 21,2 milyon manat vergi ilə “Azərbaycan Supermarket” şirkəti yəni Bravo markası,4-cü yeri 20 milyon manat vergi məbləği ilə “AL Market”, 5-ci yeri isə 17,8 milyon manat vergi ilə “Bazarstore” tutub.




