BİR VAXTLAR LAĞ EDİRDİLƏR, İNDİ MARAQ BÖYÜKDÜR
BİR VAXTLAR LAĞ EDİRDİLƏR, İNDİ MARAQ BÖYÜKDÜR
BRİTANİYALI FERMER MÜHARİBƏYƏ GÖRƏ XÜSUSİ FERMA QURDU
Böyük Britaniyada 71 yaşlı fermer Piter Dou mümkün qlobal böhran və ya üçüncü dünya müharibəsi halı üçün xüsusi ferma qurub. Onun sözlərinə görə, bu ərazidə təxminən min nəfər sığınacaq tapa bilər.607 hektarlıq ərazidə dəyirman, kəsim məntəqəsi, bağ, süd istehsalı sahəsi, yağdan dizel istehsal edən qurğu və konserv ehtiyatları mövcuddur. Fermada həmçinin toyuqlar, inəklər, donuzlar və qoyunlar saxlanılır. Fermer bildirib ki, fermada yer əldə etmək istəyənlər illik 10–100 min funt sterlinq -22 min manatdan 220 min manata qədər ödəməli olacaqlar. Piter Dou qeyd edib ki, 20 il əvvəl bu ideyaya görə onunla lağ edirdilər. Lakin son dövrlərdə dünyada baş verən hadisələr fonunda insanlar artıq bunu ciddi qəbul etməyə başlayıblar.




