BİRLƏŞMİŞ KRALLIQ BAZALARINDAN İSTİFADƏYƏ RAZILIQ VERDİ
“İRANA QARŞI ZƏRBƏLƏRDƏ BİRBAŞA İŞTİRAK ETMƏYƏCƏYİK”
Birləşmiş Krallığın Kiprdəki hərbi bazasına Şahed dronu ilə hücum olub. Hadisə Birləşmiş Krallığın Baş naziri Kir Starmerin bazalarla bağlı açıqlamasından sonra baş verib. Starmer bildirib ki, ölkəsi İrana qarşı zərbələrdə birbaşa iştirak etməyəcək, lakin ABŞ-nin İran raketlərinə və onların start meydançalarına hücum etmək üçün bazalarından istifadəYə razılıq verib. Öz növbəsində Kipr hakimiyyəti təhlükəsizlik protokollarını işə salıb və Birləşmiş Krallıq ilə kardinasiyalı şəkildə vəziyyəti izləyir.




