“BMW” YÜZ MİNLƏRLƏ AVTOMOBİLİ GERİ ÇAĞIRIR
NASAZLIQ NƏDƏN İBARƏTDİR?
“BMW” yanğın təhlükəsinə görə dünyada yüz minlərlə avtomobili geri çağırır. Yoxlamalar zamanı çoxsaylı startlardan sonra maqnit açarının bəzən normal işləmədiyi müəyyən edilib. Bu isə avtomobilin gec işə düşməsinə,bəzi hallarda isə ümumiyyətlə işə düşməməsinə səbəb ola bilər. Hətta starterdə qısaqapanma və həddindən artıq qızma riski yarada bilər. Bəzi məlumatlara görə, geriçağırılma 575 min avtomobili əhatə edir. Lakin bu rəqəm hələ rəsmi təsdiqlənməyib. Almaniyada isə təxminən 28,6 min avtomobilin bundan təsirləndiyi bildirilir.Risk altından olan avtomobillər isə 2020-ci ilin iyulundan 2022-ci ilin iyuluna qədər istehsal olunan, müəyyən tip starter relesi quraşdırılan maşınlardır.




