Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
ABŞ-IN BAŞ KƏŞFİYYATÇISININ RƏQS VİDEOSU YAYILDI
March 30, 2026
İSRAİL VƏ ABŞ, YOXSA İRAN DAHA ÇOX İTİRİB?
March 30, 2026
MASAZIRDA EVLƏRİ SU BASMASININ SƏBƏBİ
March 30, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
MAC PRO MODELLƏRİ ARTIQ İSTEHSAL OLUNMAYACAQ
March 30, 2026
LÜKS AVTOMOBİL MARKASI MÜFLİS OLDU
March 30, 2026
400 MİNDƏN ÇOX ŞOKOLAD YOXA ÇIXDI
March 30, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/İqtisadiyyat/BOKT-lar daha böyük kapitala sahib olmalıdır – Mərkəzi Bank qaydaları sərtləşdirdi
İqtisadiyyatXəbərlər

BOKT-lar daha böyük kapitala sahib olmalıdır – Mərkəzi Bank qaydaları sərtləşdirdi

November 26, 2024

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin təsdiq etdiyi yeni “Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”na əsasən, bu qurumlar üçün nizamnamə kapitalı tələbi əhəmiyyətli dərəcədə artırılıb.

Qaydalara əsasən, kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün nizamnamə kapitalı minimum 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata yüksəldilib.

BOKT-lar haqqında qısa məlumat

BOKT-lar kredit ittifaqları və digər kredit təşkilatlarını əhatə edir. Bu təşkilatlar depozitlər qəbul etmədən, yalnız pul formasında kreditlər verməklə fəaliyyət göstərir. Azərbaycanın kredit bazarında son illərdə BOKT-ların rolu əhəmiyyətli dərəcədə artıb. Əgər 2022-ci ildə ümumi kredit qoyuluşlarının 2,9%-i BOKT-lara məxsus idisə, 2023-cü ilin sonunda bu rəqəm 3,3%-ə, 2024-cü ilin oktyabrın 1-də isə 6%-ə çatıb.

Hazırda Azərbaycanda 96 BOKT fəaliyyət göstərir ki, onların 39-u kredit ittifaqıdır. Bu təşkilatlardan yalnız biri dövlətə, 95-i isə özəl sektora məxsusdur. Özəl BOKT-ların 15-i xarici kapitallıdır.

Maliyyə göstəriciləri və tələblərin sərtləşdirilməsi

2024-cü ilin oktyabrın 1-nə olan məlumata görə, BOKT-ların ümumi nizamnamə kapitalı 230,4 milyon manat, ümumi kapitalı isə 462,2 milyon manat təşkil edir. Bu təşkilatların kredit qoyuluşlarının dəyəri isə 688 milyon manatdır.

BOKT-ların kredit qoyuluşunun artması ilə onların fəaliyyətinə qoyulan tələblərin sərtləşdirilməsi zəruri addım kimi qiymətləndirilir. Qlobal təcrübə də göstərir ki, nizamnamə kapitalının artırılması kredit təşkilatlarının maliyyə dayanıqlığını və intizamını gücləndirir, həmçinin mümkün risklərin qarşısını alır.

Kapital artımı sayəsində bu təşkilatlar maliyyə öhdəliklərini daha effektiv şəkildə yerinə yetirəcək və risklərə qarşı daha dayanıqlı olacaq.

Mənbə: Sfera.az

Əvvəlki yazı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Növbəti yazı

“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib

Related Posts

Qlobal
ABŞ-IN BAŞ KƏŞFİYYATÇISININ RƏQS VİDEOSU YAYILDI
Biznes TV
By Biznes TV
Qlobal
İSRAİL VƏ ABŞ, YOXSA İRAN DAHA ÇOX İTİRİB?
Biznes TV
By Biznes TV
Digər
MASAZIRDA EVLƏRİ SU BASMASININ SƏBƏBİ
Biznes TV
By Biznes TV
Xəbərlər
DÜNYANIN ƏN DAR EVİ
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
ABŞ-IN BAŞ KƏŞFİYYATÇISININ RƏQS VİDEOSU YAYILDI
March 30, 2026
İSRAİL VƏ ABŞ, YOXSA İRAN DAHA ÇOX İTİRİB?
March 30, 2026
MASAZIRDA EVLƏRİ SU BASMASININ SƏBƏBİ
March 30, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV