5000 avro sərmayədən 2 milyard avro dövriyyəyə.
Estoniyada istifadəyə verilmiş Bolt-un illik gəliri dərc olunub.
Marja.az xarici mediaya istinadən təqdim olunan məlumata istinadən xəbər verir ki, Bolt şirkətinin təsisçisi və baş direktoru Markus Villig şirkətin maliyyə uğurları ilə bağlı təfərrüatları paylaşaraq, Bolt-un illik gəlirinin hazırda 2 milyard avroya (2,1 milyard dollar) çatdığını bəyan edib.
Bolt – taksi sifarişi, avtomobil, elektrik skuterləri və velosiped icarəsi, eləcə də qida çatdırılması xidmətləri təqdim edən beynəlxalq texnologiya şirkətidir. 2013-cü ildə Estoniyada Markus Villig tərəfindən qurulan Bolt hazırda 50-dən çox ölkə və 500-dən çox şəhərdə 200 milyondan çox istifadəçiyə xidmət göstərir.
Şirkət ilk mərhələdə 5000 avro kapital və 50 sürücünün iştirakı ilə fəaliyyətə başlayıb, sonrakı illərdə 100.000 avro sərmayə cəlb edərək qlobal miqyasda genişlənib. Bolt, şəxsi avtomobillərdən istifadənin azaldılması və mobillik xidmətlərinin təşviqini hədəfləyir.
Azərbaycanda Bolt taksi xidməti hazırda 26 şəhərdə fəaliyyət göstərir.




