“BRAVO” ARD-ARDA CƏRİMƏ EDİLDİ
2 AYDA 4 DƏFƏ, HƏR BİRİ 4000 MANAT
“BRAVO” ARD-ARDA CƏRİMƏ EDİLDİ
Son iki ay ərzində “Bravo” supermarketlər şəbəkəsi qiymət uyğunsuzluqlarına görə 4 ayrı fakt üzrə cərimələnib. Cərimələr Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yoxlamaları nəticəsində tətbiq olunub. Belə ki, “Şüvəlan Bravo3” marketdə “NOG Portağallı Peçenye 100gr” adlı məhsulun qiymət kağızında endirimli qiymətinin 0.80 qəpik göstərilməsinə baxmayaraq 0,99 qəpiyə satılıb. Bununla da “Bravo”ya 4 min manat məbləğində cərimə yazılıb. Bundan başqa “Valesto Brinza pendirli börək” vitrində 1,05 qəpik olduğu halda kassada 1,29 qəpikdən hesablanıb.Yenə marketə 4000 manat cərimə yazılıb. “Raffaello” məhsulunun üzərində 15,05 qəpik yazılsa da, kassada 16,50 qəpiyə satılıb.Növbəti cərimə tətbiq olunub. 4 000 manat. Və 2 litrlik “Aquavita” qazsız su vitrində 0,92 qəpiyə olduğu halda kassada müştəri onu 1,09 qəpiyə alıb. Bununla da “Bravo” marketlər şəbəkəsi ümumilikdə 16 000 manat cərimələnib.




