Bu məhsulun ixracından Azərbaycana 142 milyon dollar daxil olub
Pomidor ixracından Azərbaycana 142 milyon dollar daxil olub
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 141,965 milyon dollar dəyərində 118,922 ton pomidor ixrac edilib.
Biznes Tv Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12.6%, miqdar ifadəsilə 5% artıb.
Dövlət Gömrük Komitəsinin aylıq statistikasına əsasən, ötən ilin eyni dövründə bu göstərici 126,081 milyon dollar və 113,319 ton təşkil edib.
Beləliklə, pomidor ixracı miqdar baxımından 5,604 ton (5%), dəyər baxımından isə 15,885 milyon dollar (12,6%) artım göstərib.
Mənbə: Dövlət Gömrük Komitəsi.




