BU MAŞINLAR SÜRÜCÜLƏRİN ÜMİDLƏRİNİ DOĞRULTMADI
2026-CI İLİN ƏN UĞURSUZ AVTOMOBİLLƏRİ AÇIQLANDI
2026-cı ildə bazara çıxan bəzi yeni avtomobillər gözlənilən uğuru qazana bilməyib. Ekspertlərin hazırladığı reytinqə əsasən, xüsusilə hibrid və elektrik modellər sürücülərdə daha çox narazılıq yaradıb.
Siyahıya Jeep Grand Cherokee PHEV, Mazda CX-90 PHEV, Honda Prologue, Audi Q4 e-tron və Acura ADX daxil edilib.İstifadəçilər bu modellərlə bağlı əsasən texniki nasazlıqlar, gözləniləndən zəif performans və komfort səviyyəsinin aşağı olması kimi problemləri qeyd ediblər. Xüsusilə bəzi elektrikli modellərdə batareya performansı və proqram təminatı ilə bağlı çətinliklərin daha çox olduğu bildirilir.




