ÇİN ABŞ-Nİ GERİDƏ QOYDU
ÇİN ABŞ-Nİ GERİDƏ QOYDU
DÜNYADA MİLYARDERLƏRİN SAYI REKORD HƏDDƏ ÇATDI
Dünyada milyarderlərin sayı rekord həddə çatıb. Trend xəbər verir ki, bu barədə “Hurun Report” tərəfindən dərc edilən “Hurun Global Rich List” reytinqində bildirilib. Hesabata əsasən, fond bazarının artımı və süni intellektin texnologiyalarının inkişafı milyarderlərin sayının rekord səviyyəyə yüksəlməsinə səbəb olub. Hesabata əsasən, milyarderlərin sayına görə Çin yenidən lider olub və ABŞ-ni geridə qoyub. Çində milyarderlərin sayı son hesabatdan sonra 287 nəfər artıb. Siyahıda 792 milyard dollar sərvətlə Elon Musk birinci yerdədir. Onu 300 milyard dollarla Jeff Bezos və 281 milyard dollarla Larry Page izləyir.Ölkələr üzrə siyahıda ABŞ 1000 milyarder ilə ikinci, Hindistan isə 308 milyarder ilə üçüncü yerdədir. Almaniya 171 milyarder ilə Böyük Britaniyanı qabaqlayaraq dördüncü yerə yüksəlib.Şəhərlər arasında isə New York 146 milyarder ilə yenə də dünyada birinci yerdədir. Şençjen milyarderlərin sayını 47 nəfər artıraraq 132-yə çatdırıb və ikinci yerə yüksəlib. Ondan sonra Şanxay, Pekin və London gəlir. Milyarderlərin orta yaşı 65 təşkil edib.




