COP29 çərçivəsində “Dayanıqlılıq 2025” reytinq nəticələri elan edilib
COP29 çərçivəsində Bakıda “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri açıqlanıb. Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “QS Quacquarelli Symonds” təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Elm və təhsil naziri Emin Əmrullayev ali təhsildə dayanıqlı inkişafın təşviqinin və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətin vacibliyini vurğulayıb. QS-in vitse-prezidenti Ben Sauter reytinqin statistik göstəricilərini təqdim edərək bildirib ki, bu il Azərbaycanın 7 universiteti siyahıya daxil olub.
Azərbaycan universitetlərinin reytinq nəticələri:
- Bakı Dövlət Universiteti: 941–950-ci yerlər (ilk dəfə TOP 1000-də).
- Azərbaycan Dövlət İqtisad Universiteti: 1081–1100.
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: 1351–1400.
- Bakı Mühəndislik Universiteti: 1451–1500.
- Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti: 1501+ yerlər.
Universitetlər QS rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunub.
Tədbir “Ali təhsildə dayanıqlılıq” mövzusunda panel sessiya ilə davam edib. Paneldə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və beynəlxalq universitetlərin nümayəndələri dayanıqlı inkişaf strategiyaları üzrə təcrübələrini bölüşüblər.
Mənbə: AZƏRTAC













