COP29 çərçivəsində Parlament Görüşü başlayıb
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilib. Noyabrın 16-da başlanan bu tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycanın Milli Məclisinin birgə təşkilatçılığı ilə təşkil olunur.
BİZNES TV AZƏRTAC-a istinadən xəbər verir ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edir.
Parlament Görüşünün sessiyalarında iqlim dəyişmələrinin müxtəlif aspektləri müzakirə olunur. Müzakirə edilən mövzular arasında:
- İqlim dəyişmələrinin real təsirləri,
- İqlim öhdəliklərinin reallığa çevrilməsi üçün tədbirlərin gücləndirilməsi,
- İqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı,
- Dayanıqlılığın artırılması və ədalətli yanaşmanın təşviqi,
- Texnologiyanın iqlim dəyişmələrinə qarşı mübarizədə istifadəsi,
- Sağlamlıq və qida təhlükəsizliyinə yönəlmiş səylər,
- İqlim dəyişmələrinin yaratdığı insan yerdəyişmələrinin idarə edilməsi yer alır.
Görüşdə qəbul ediləcək yekun sənəd, iqlim dəyişikliyinə qarşı mübarizədə parlamentlərin daha effektiv rol oynamasına və əməkdaşlıqların gücləndirilməsinə töhfə verəcək.
Tədbir noyabrın 17-də başa çatacaq.













