COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” arasında Anlaşma Memorandumu imzalanıb
Noyabrın 19-da COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı ilə bağlı əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın məlumatına görə, memorandum strateji tərəfdaşlıq çərçivəsində günəş və külək elektrik stansiyalarının tikintisi, ağıllı enerji sistemlərinin inteqrasiyası və yaşıl hidrogen istehsalı layihələrinə birgə sərmayə qoyuluşunu əhatə edir. Bu təşəbbüslər Azərbaycanın bərpa olunan enerji potensialının inkişafına töhfə verməyi hədəfləyir.
Mənbə: AZƏRTAC












