Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
AZƏRBAYCAN NEFTİ KƏSKİN BAHALAŞDI
March 27, 2026
“APPLE MAC PRO” İSTEHSALI DAYANDI
March 27, 2026
“İKİNCİ ƏL” AVTOMOBİLLƏR QİYMƏTİ KƏSKİN ARTIB
March 27, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/Xəbərlər/COP29 “S&P”nin reytinq tərtibatına yanaşmasını dəyişib
Xəbərlər

COP29 “S&P”nin reytinq tərtibatına yanaşmasını dəyişib

December 16, 2024

Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdıqdan sonra “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi reytinq tərtibatına yenilənmiş yanaşma təqdim edib. Dəyişikliklərin məqsədi cari bazar tendensiyalarını nəzərə almaq və təbii fəlakətlərə daha çox həssas olan ölkələr üçün borcun təbiətin mühafizəsi tədbirlərinə dəyişdirilməsi və ödənişlərin ertələnməsi durumu kimi yeni mexanizmlərin qiymətləndirilməsində şəffaflığı təmin etməkdir.

Bu barədə “Report” “S&P”nin hesabatına istinadən xəbər verir. Agentliyin məlumatına görə, bu cür alətlər maliyyə resursları məhdud olan, borc yükü isə ciddi olaraq qalan həssas ölkələr üçün fiskal məkanı azad etməyə kömək edəcək.

“S&P”nin hesabatında inkişaf etməkdə olan bazarlarda, o cümlədən yerli valyutalarda dayanıqlı borcun əhəmiyyətli artımı göstərilir. Bununla belə, aşağı gəlirli ölkələr borc yükünü artırmayacaq iqlim maliyyəsinə çıxışda çətinliklərlə üzləşməyə davam edirlər.

“Borc yükünün hətta kiçik və ya müvəqqəti olaraq yüngülləşdirilməsi həssas dövlətlərə iqtisadi dayanıqlığı yaxşılaşdırmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox resurs ayırmağa imkan verə bilər”, – analitiklər qeyd edirlər.

COP29-da əldə olunan əsas nəticələrdən biri kollektiv məqsəd üzrə razılaşma – iqlimin maliyyələşdirilməsinə dövlət və özəl mənbələrdən hər il 300 milyard ABŞ dolları məbləğində vəsait ayrılmasına dair anlaşma oldu. Bu, əvvəlki hədəfin üç qatıdır və “S&P” hesab edir ki, bu, funksional qlobal karbon bazarlarının yaradılması istiqamətində mühüm addım olacaq.

Bu məqsədin ciddi önəminə baxmayaraq, agentlik vurğulayır ki, onun həyata keçirilməsi ayrı-ayrı ölkələrin öhdəliyindən və imkanlarından, həmçinin özəl investisiyaların səfərbər edilməsindən və çoxtərəfli kredit təşkilatlarının dəstəyindən asılı olacaq.

Hesabatda inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsinə olan artan ehtiyaclarının ödənilməməsinin uzunmüddətli iqtisadi və sosial riskləri artıra biləcəyini vurğulanır. İqlim təhlükələrinə qeyri-mütənasib şəkildə məruz qalan inkişaf etməkdə olan ölkələr iqtisadi artımı və yoxsulluğun azaldılması aşağı karbon texnologiyalarına əsaslanmadıqca, əsas karbon emissiyaçılarına çevrilmək riski ilə üzləşir. Bu, aşağı karbon texnologiyalarına keçid və davamlılığı yaxşılaşdırmaq üçün onların əhəmiyyətli investisiyalara ehtiyacı olduğunu göstərir. Bu ehtiyacların ödənilməməsi həm yerli, həm də qlobal miqyasda uzunmüddətli iqtisadi və sosial riskləri artıra bilər.

COP29-dan sonra ölkələrin öz Milli Müəyyənləşdirilmiş Töhfələrini (NDCs) və iqlim dəyişikliyinə uyğunlaşma planlarını yenidən nəzərdən keçirəcəkləri gözlənilir. Bu addımlar, xüsusilə fiziki iqlim risklərinə məruz qalan ölkələr üçün, orta və uzunmüddətli hədəflərə yönəldiləcək.

“S&P” hesab edir ki, daha iddialı maliyyə hədəfləri ölkələri daha iddialı planlar hazırlamağa sövq edə bilər ki, bu da iqtisadiyyatın əsas sektorlarına, xüsusən də inkişaf etməkdə olan ölkələrdə əhəmiyyətli təsir göstərəcək.

“S&P” iqlim məqsədlərinin effektiv həyata keçirilməsinə mane olan bir neçə amili fərqləndirir. Bunlara qeyri-kafi institusional dəstək (geosiyasi qeyri-müəyyənliyin qalması və milli strategiyaların dəyişməsinə görə), standartlaşdırılmış qarışıq maliyyə mexanizmlərinin olmaması və özəl kapitalı cəlb etmək üçün risklərin azaldılması alətlərinin olmaması daxildir.

Agentliyin dayanıqlı maliyyə ekspertlərinin fikrincə, bu maneələrin aradan qaldırılması dayanıqlılıq və xalis sıfır emissiya məqsədlərinə nail olmaq yolunda mühüm addım olacaq.

Onlar hesab edirlər ki, COP29 iqlim təşəbbüslərinin təşviqində mühüm mərhələ olub, lakin qarşıya qoyulmuş məqsədlərə nail olmaq ölkələr və özəl sektor arasında əhəmiyyətli səylər və koordinasiya tələb edir. “S&P”nin borc alətlətinin qiymətləndirməsinə yenilənmiş yanaşması davamlı maliyyənin qlobal iqtisadiyyatın əsas faktoruna çevrildiyini təsdiqləyir.

Əvvəlki yazı

Azərbaycanda 3-cü vençur fondu yaradılacaq

Növbəti yazı

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Related Posts

İqtisadiyyat
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
Biznes TV
By Biznes TV
Digər
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
Biznes TV
By Biznes TV
Digər
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
Biznes TV
By Biznes TV
İqtisadiyyat
DOLLARIN ÜZƏRİNDƏ TRAMPIN İMZASI OLACAQ
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
İQTİSADİ ARTIM AZALACAQ, İNFLYASİYA ARTACAQ
March 27, 2026
AZƏRBAYCAN PENSİYA ALMAQ ÜÇÜN ƏLVERİŞLİDİR?
March 27, 2026
TƏLƏBƏLƏRİN ƏKSƏRİYYƏTİ MARKETDƏ İŞLƏYİR
March 27, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV