ÇÖRƏK VƏ ƏT BAHALAŞA BİLƏR
ÇÖRƏK VƏ ƏT BAHALAŞA BİLƏR
“İRANLA MÜHARİBƏ QLOBAL ƏRZAQ BÖHRANINA SƏBƏB OLACAQ”
İranda baş verən müharibəyəgörə gübrə təchizatında yaranan fasilələr qlobal ərzaq qıtlığına səbəb ola bilər.FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Britaniyanın «Financial Times» qəzeti bildirib.Müharibə dünyanın ən böyük istehsalçılarından birinə təzyiq göstərdiyindən gübrə qiymətləri kəskin şəkildə artıb, onun ixracı isə azalıb.Analitiklər və qida mütəxəssisləri xəbərdarlıq edirlər ki, təchizatda fasilələr davam edərsə, qarşıdakı 6-10 həftə içərisində çörəyin qiyməti , bir neçə ay ərzində yumurtanın ,altı ay ərzində isə toyuq ətinin qiyməti arta bilər. Məsələ ondadır ki, Yaxın Şərq gübrə istehsalında əsas regionlardan biridir və ixracın böyük hissəsi Hörmüz boğazı vasitəsilə daşınır. Dünyada istifadə olunan karbamid gübrəsinin təxminən 35%-i bu marşrutdan keçir. Karbamid isə qlobal qida istehsalının təxminən yarısına təsir edən əsas azot gübrəsidir.Avropanın ən böyük gübrə şirkətlərindən olan Yara International-ın baş direktoru Svein Tore Holsether bildirib ki, gübrə çatışmazlığı qlobal qida istehsalı üçün ciddi risk yaradır. Onun sözlərinə görə, fermerlər gübrə əldə edə bilməsə, məhsuldarlıq 50%-ə qədər azala bilər.Artıq bazarda qiymətlər də yüksəlməyə başlayıb. Argus Media-nın məlumatına görə, Yaxın Şərqdə karbamidin qiyməti qısa müddətdə təxminən 130 dollar artaraq ton üçün 575–650 dollar səviyyəsinə çatıb.




