DAHA 8 ERMƏNİYƏ 133 İL “İŞ KƏSİLDİ”
DAHA 8 ERMƏNİYƏ 133 İL “İŞ KƏSİLDİ”
ÖMÜRLÜK MƏHKUM OLUNANLAR HARADA SAXLANILACAQ?
Ermənistan vətəndaşlarının məhkəməsində daha 8 təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən Xocalı soyqırımında iştirakını etiraf edən Madat Babayan 19 il, Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il müddətinə azadlıqdan məhrum ediliblər.Bundan başqa iki nəfər 16 ,daha 3 nəfər isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsində yekun qərar elan olunub. Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.Onların Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustandakı 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılacağı ehtimal edilir.




