DAHA BİR BAZAR SÖKÜLÜR
DAHA BİR BAZAR SÖKÜLÜR
SAHİBKARLARIN TALEYİ SUAL ALTINDA
Babək prospektində fəaliyyət göstərən və “Təkər aləmi” kimi tanınan bazarda söküntü işlərinə başlanılıb. Uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.Sahibkarlara ərazini boşaltmaları üçün 2026-cı ilin may ayına qədər vaxt verilib. Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub.Ərazi özəl mülkiyyətdədir.




