DEVİD BEKHEMİN GƏLİNİ BARƏDƏ ŞOK İDDİA
HƏR AY ATASINDAN 1 MİLYON DOLLAR XƏRCLİK ALIR
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin gəlini Nikola ilə bağlı yeni iddia yayılıb. Futbolçunun oğlu Bruklinin həyat yoldaşı Nikola Peltzin milyoner atasından hər ay xərclik üçün 1 milyon dollar alıdığı bildirilir. “Daily Mail” nəşrinin məlumatına görə, Nelson Peltzin sərvəti 1,6 milyard dollar dəyərində qiymətləndirilir. Bu məbləğ Devid və Viktoriya Bekhemlərin ailə sərvətindən təxminən 680 milyon dollar çoxdur.




